Qırmızı.az
Heydər Əsədov: “Fermerlərə güzəştlər ediləcək”
“Azərbaycanda qiymət artımının qarşısı alınması üçün kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olan fermerlərə güzəştlər ediləcək”.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
O qeyd edib ki, ölkədə qiymətləri indiki həddə saxlamaq üçün daha çox fermerlərə güzəştlərin edilməsi vacibdir: “Bunun üçün fermerlərə hökumət tərəfindən dəstəyimizi artırmalıyıq. Məhsulların maya dəyərinin düşməsinə təsir göstərməliyik.Tənzimlənmə və stimullaşdırıcı tədbirlərlə buna nail olmalıyıq”.
H.Əsədov bildirib ki, rəhbəri olduğu nazirlik fermerlərə güzəştlərin artırılması istiqamətində hökumətə bir neçə sahədə təkliflər paketi hazırlayıb. O bildirib ki, təkliflərin nədən ibarət olması isə baş nazir tərəfindən təkliflər təsdiqləndikdən sonra ictimayyətə açıqlanacaq:
“Ötən il texnikaya olan ehtiyacın 40 faizi dövlət tərəfindən qarşılanıb. Gübrələrin dəyərinin 70 faizi dövlət tərəfindən ödənilib. Hazırda da güzəştlərin artırılması istiqamətində bir neçə təkliflər verilib. Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev Azərbaycanda Toxum Fondunun yaradılması üçün sərəncam verdi. Dövlət dəstək və qayğısının artırılması yolu ilə bu cür silsilə tədbirlər davam etdiriləcək və məhsulun maya dəyəri aşağı salınacaq”.
Nazir bildirib ki, Toxum Fondu təkcə taxılçılıqla deyil, bütün meyvə-tərəvəzlə bağlı olacaq. O həmçinin qeyd edib ki, nazirliyin hədəfi yaxın vaxtlarda kartof toxumçuluğunu inkişaf etdirib, ixracına nail olmaqdır.
Gülnar Əliyeva
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq