Nazir: “Yeni yarmarka açılacaq”
Bizi izləyin

Qırmızı.az

Nazir: “Yeni yarmarka açılacaq”

Yarmarkaların gələcəkdə yol kənarlarında deyil, daha təmiz və geniş ərazilərdə yaradılacağı nəzərdə tutulub.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, bu sahədə daim inkişaf gedir: “Biz ilk mərhələdə yarmarkaları yaratdıq, ikinci mərhələdə onun şəbəkəsini genişləndirdik. Növbəti etapda daha geniş layihələrimiz var. Həm yerli, həm də idxal hesabına bu bazarın formalaşması, daha sivil qaydada əhaliyə çatdırılmasının layihələri hazırlanıb. Son variant hazırlanmadığı üçün açıqlamaq istəmirəm”.

Nazir həmçinin bir ay ərzində yol kənarında yeni və daha gözəl yarmarkanın açılacağını deyib: “Yollarda da olacaq, amma sivil formada olacaq. Yəqin ki, bir ay ərzində yollardan birində bu bazarlardan birini açacağıq və siz görəcəksiniz ki, yollarda necə gözəl bazar təşkil etmək olarmış. Yaxın ərazidə yaşayan əhali də çətinlik çəkmədən həmin yol qırağında öz məhsullarını sata biləcək”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm