Qırmızı.az
Bu gün Azərbaycanda qar yağacaq: Havalar yenidən soyuyur - Hava Haqqında
Bakıda və Abşeron yarımadasında buludlu hava
şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntı olacağı, günün
ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.
Temperatur gecə və gündüz 2-6° isti, Bakıda gecə və gündüz 4-6°
isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 771 mm civə sütununa
yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağıntı
olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, dağlıq ərazilərdə 8-10°
şaxta, gündüz 3-7° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında arabir yağıntı olacağı, qar yağacağı, axşam
tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında arabir yağıntı olacağı, qar yağacağı, axşam
tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 4-9° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında arabir yağıntı olacağı, qar yağacağı
gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda
gecə 3-7°, yüksək dağlıq ərazilərdə 8-13°, gündüz 0-3° şaxta
olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntı
olacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 6-10° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında arabir yağıntı olacağı, dağlıq ərazilərdə qar
yağacağı gözlənilir.
Temperatur gecə 4-7° isti, gündüz 7-10°, dağlarda gecə 2° şaxtadan
3°-dək isti, gündüz 3-5° isti olacaq.
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı