SMS-lərə görə hesabınızdan pul silinməyəcək
Bizi izləyin

Qırmızı.az

SMS-lərə görə hesabınızdan pul silinməyəcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Telekommunikasiya haqqında” qanuna dəyişikliklərin tətbiqi ilə bağlı təkliflər hazırlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, təkliflərin hazırlanmasına səbəb rabitə xidmətləri istehlakçılarının çoxsaylı şikayətləri olub.

Şikayətlərin əksəriyyəti mobil rabitə operatorlarının SMS müsabiqələr və digər xidmətlər vasitəsi ilə müştərilərin hesabından pulları silməsi, göstərilməyən xidmətlərin haqqının tələb edilməsi, müqavilələrin müştərinin tələb etmə hüququnu minimuma endirməsi, internet xidmətlərinin fasiləsiz yüksək səviyyədə təmin edilməməsi ilə bağlıdır.

Bundan başqa, internet provayderlərin və mobil rabitə operatorlarının təqdim etdikləri xidmət tariflərinin lazımi şəkildə və istənilən müştərinin başa düşəcəyi dildə tərtib edilməməsi istehlakçıların hüquqlarını pozur. Bununla bağlı,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rabitə xidmətlərinə olan tariflərin tənzimlənməsi ilə bağlı təkliflər hazırlamaq təklif edilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm