Hüquq müdafiəçisi: "Əli İnsanov əfv üçün müraciət etməyib"
Bizi izləyin

Qırmızı.az

Hüquq müdafiəçisi: "Əli İnsanov əfv üçün müraciət etməyib"

İnsan Haqları üzrə Birgə İşçi Qrupa daxil olan bəzi hüquq müdafiəçilərinin əfvlə bağlı tərtib etdikləri siyahı var və bura təxminən 23 nəfər daxildir. Humanizm prinsipi nəzərə alınaraq əfv olunmaları üçün onların adları təqdim olunub. Lakin bu o demək deyil ki, onların hamısı əfv olunacaq. Hələlik heç nə məlum deyil. Əfv gözlənilə bilər. Amma son qərarı həmişə prezident verir və bu da son anda məlum olur”.

Bunu Publika.az-a açıqlamasında İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Həmişə Novruz bayramı, Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində əfv fərmanının imzalandığını deyən hüquq müdafiəçisinin sözlərinə görə, əgər bu il də fərman olarsa, İşçi Qrupunun adlarını çəkdiyi şəxslərdən də orada olanlar ola bilər. Lakin adları çəkilən şəxslərin hamısı haqqında əfvlə bağlı qərar qəbul oluna bilməz. Bu, heç hüquqi baxımdan da mümkün deyil. Çünki onların bəziləri haqqında məhkəmə qərarları yoxdur. Ola bilər ki, kiminsə barədə həbs-qəti imkan tədbiri dəyişdirilə bilər.

Əli İnsanova gəlincə, S. Məmmədov bildirdi ki, o, əfv üçün müraciət etməyib: “Əli İnsanovla bağlı mən artıq bir dəfə demişəm. Əli İnsanov əfv üçün müraciət etməyib. Əfv üçün şəxsin ya özü, ya onun adından vəsatətlər olmalıdır. Mən ümumiyyətlə, ad çəkmək istəmirəm. Ad çəkmək bir növ manipulyasiyaya oxşayır. Məlum adlar var. Burada bəzi ictimai xadimlər, hökumətdə təmsil olunmuş şəxslərin adları hallanır. İşçi qrup yalnız vəsatət verə bilər. Qəbul olunması isə onun səlahiyyətində deyil”.

Qeyd edək ki, gələn həftə İnsan Haqları üzrə Birgə İşçi Qrupunun yığıncağının keçiriləcəyi gözlənilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm