Sulu qar, qar, şaxta - sabahın hava proqnozu
Bizi izləyin

Qırmızı.az

Sulu qar, qar, şaxta - sabahın hava proqnozu

Sabahdan hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, mülayim şimal küləyi əsəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasının bəzi hissələrində yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.

Martın 17-də Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Martın 18-dən etibarən isə yağıntılar tədricən kəsiləcək, hava nisbətən mülayimləşəcək.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm