Polis gücləndirilmiş rejimdə işləyəcək
Bizi izləyin

Qırmızı.az

Polis gücləndirilmiş rejimdə işləyəcək

Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə 2015-ci il martın 20-dən 29-dək nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Əmrdə qeyd edilir ki, bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Bu məqsədlə bayram günlərində göstərilən ərazilərdə post patrul xidməti naryadlarının sayı artırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm