Kəmaləddin Heydərov tapşırıq verdi
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov tapşırıq verdi

Martın 16-da fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hacıqabul şəhərində Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 89, digər məsələlərlə bağlı müraciət etmiş 100 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm