Azərbaycanda gözdən əlillər Qurani-Kərimi oxuya biləcəklər
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda gözdən əlillər Qurani-Kərimi oxuya biləcəklər

Azərbaycanda görmə problemi olan insanlar üçün əlifba nəşr olunacaq.

Bu barədə Publika.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevi qəbul edərkən bununla bağlı mövcud imkanlar və digər məsələlər müzakirə olunub. Komitə sədri bildirib ki, Dövlət Komitəsinin dəstəyi ilə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə nəşr olunması yaxın zamanda həyata keçiriləcək.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm