Ombudsman Aparatının əməkdaşları əlillərin pansionatına baş çəkiblər
Bizi izləyin

Qırmızı.az

Ombudsman Aparatının əməkdaşları əlillərin pansionatına baş çəkiblər

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri müharibə və əmək əlilləri üçün pansionata baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionata əvvəlcədən xəbərdarlıq etmədən, uzunmüddətli başçəkmə həyata keçiriblər.

Başçəkmənin məqsədi bu müəssisədəki şəraitin və rəftarın, habelə əvvəlki başçəkmə zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin araşdırılması olub. MPQ üzvləri müəssisənin bütün obyektlərinə, o cümlədən yaşayış və tibb otaqlarına, yeməkxanaya, mətbəxə baş çəkib, sakinlərlə görüşüblər. Onlar burada istifadəyə verilmiş yeni yaşayış binalarının şəraiti, qidalanma, müalicə və rəftarla bağlı razılıqlarını bildiriblər.

Başçəkmənin nəticəsi olaraq, müəssisədə aparılan əsaslı təmir işləri, şərait, rəftar, qidalanma və müalicə vəziyyəti, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin qismən icra edilməsi, o cümlədən bankomatın quraşdırılması müsbət qiymətləndirilib.

Eyni zamanda, müəssisənin rəhbərliyinə şəraitin, qeydiyyat sistemi və müvafiq sənədləşmənin, tibbi göndərişlərin təşkilinin, qidalanma və sanitariya-gigiyena məsələlərinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm