245 həkim mütəxəssis olmaq şansını itirdi
Bizi izləyin

Qırmızı.az

245 həkim mütəxəssis olmaq şansını itirdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.

Publika.az-ın məlumatına görə, imtahanda iştirak etmiş namizədlər imtahan nəticələri TQDK-nın internet saytına daxil olaraq və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

TQDK baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələrini martın 16-da saat 17:30-dan etibarən elan edib.

Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.


Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1245 nəfər namizəddən 33 nəfəri imtahana gəlməyib. 1000 nəfər namizəd I mərhələnin müsabiqə şərtini (30 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.

Ən yüksək nəticə 86 bal olub.

Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 7-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm