Metro stansiyaları qarşısında çadırların qurulmasının səbəbi bəlli oldu - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Metro stansiyaları qarşısında çadırların qurulmasının səbəbi bəlli oldu - RƏSMİ

“Bu gün bir sıra metrostansiyaların qarşısında qurulmuş çadırlar yarmarkalardan istifadə edə bilməyən sakinlər üçündür”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Publika.az-a açıqlamasında bildirib ki, bütün bunlar Novruz bayramı ilə əlaqədar təşkil edilib: “Həmin çadırlarda əsasən quru meyvələrin satışı təşkil olunacaq. Yarmarkalara getmək imkanı olmayan insanlar quru meyvələri həmin çadırlardakı satış yerlərindən ala bilərlər. Hazırlıq işləri tam başa çatdırıldıqdan sonra quru meyvələrin satışına başlanılacaq”.

Onun sözlərinə görə bu gün səhər saatlarında metronun bəzi stansiyalarının qarşısında qurulan çadırlar heç də bütün metrostansiyalarının qarşısında olmayacaq. “Elmlər Akademiyası”, "İçərişəhər" stansiyalarının qarşısındakı çadırlar həcminə görə kiçikdir.

Qeyd edək ki, bu gün bir sıra kütləvi informasiya vasitələrində bəzi metrostansiyaların qarşısında naməlum çadırların qurulması haqqında xəbərlər yayılmışdı. Lakin çadırların hansı dövlət strukturu tərəfindən və nə məqsədlə qurulması məlum deyildi.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm