Komitə bazarda apardığı monitorinqin nəticəsini açıqladı
Bizi izləyin

Qırmızı.az

Komitə bazarda apardığı monitorinqin nəticəsini açıqladı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bu il fevral ayı ərzində istehlak bazarında aparılan monitorinqin nəticələrini açıqlayıb.

Komitədən Publika.az-a verilən məlumata görə, monitorinq ticarət şəbəkələrindən seçilmiş ümumilikdə 43 adda məhsullar arasında aparılıb. Yoxlanılan 20 məhsul yerli istehsal, 23 adda isə xarici istehsaldır.

Yoxlanılan 7 adda çörək və makaron məmulatlarından 3 adda yerli məhsul, 4 adda xarici məhsul olub. Yoxlanılan 13 adda ət məhsullarından 10-u yerli, 3 adda isə xarici məhsul təşkil edib. 5 adda süd məhsullarından 2-si yerli, 3-ü isə xaricdə istehsal edilən məhsullar olub.

Unlu qənnadı məmulatlardan 6 adda məhsul monitorinqə cəlb olunub ki, bunun da hamısı xarici məhsullar olub. Yoxlamalar aparılan 2 adda alkoqolsuz içkilər arasında 2 adda yerli məhsul mövcud olub.

İki adda şəkərli qənnadı məmulatlarından ikisi də xarici məhsul, 2 adda konservləşdirilmiş məhsulların da hamısı xarici məhsullar olub.

Həmçinin yoxlamalar zamanı 6 adda müxtəlif qablaşdırılmış məhsullar arasında 3 adda yerli məhsul, 3 adda xarici məhsul mövcuddur.

Məlumata görə, yoxlanılan məhsulların aparılan analizlərin nəticələri göstərir ki, 39 adda və ya 90,7% adda məhsulun analiz cavabları müsbət olub. 4 adda və ya 9,3% məhsulun analiz nəticələri mənfi çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm