Qırmızı.az
Hamlet İsaxanlının qızının döyülməsi faktı ilə bağlı protest verildi
Bakı şəhər Prokurorluğu Xəzər Universitetinin təsisçisi
Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsi faktı ilə bağlı
Xətai rayon Məhkəməsinin qərarından protest verib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov
Trend-in sorğusuna açıqlamasında bildirib ki, Bakı şəhər
Prokurorluğu Xətai rayon Məhkəməsinin qeyd edilən qərarından
apellyasiya protesti verib. Həmin protestə bu gün saat 17:00-da
Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Xəzər Universitetinin rektorunun qızı Ülkər
İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq
prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş
tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.
Faktla bağlı 14.03.2015-ci ildə ona Azərbaycan Respublikasının
CM- nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan
edilib.
Barələrində 14.03.2015-ci il hər iki təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilmişdir. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən iki qardaş - Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad ediliblər.
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...