Rektorun qızını döyən gənclərin atası kimdir? - Şok məlumat
Bizi izləyin

Qırmızı.az

Rektorun qızını döyən gənclərin atası kimdir? - Şok məlumat

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyən Zaur və Elin Məmmədov qardaşlarının atası Məmmədov Muxtar Şirinoviç barəsində ilginc məlumatlar əldə etmişik.

Axar.az xəbər verir ki, Zaur və Elin Məmmədov qardaşlarının atası Muxtar Məmmədov məşhur kriminal avtoritetdir.

Ötən il Moskvada reallaşan avtoritetlərin “sxodka”sında ona oğru adı da verildiyi iddia edilir. Lakin Muxtar Şirinoviç avtoritetlərin ona verdiyi bu addan imtina edib. Bunun səbəbini isə o, titullarının yetərli qədər olması ilə əsaslandırıb.

Redaksiyamıza daxil olan məlumata görə, Muxtar Şirinoviçin MDB-də böyük nüfuzu var. Onun hazırda Rusiyada geniş biznes şəbəkəsinə sahib olduğu bildirilir.

Qeyd edək ki, martın 9-da Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalmasını əks etdirən video yayılıb. Bakı polisinin apardığı istintaq və məhkəməyə verdiyi həbslə bağlı iddianı Xətai Rayon Məhkəməsi rədd edib və şübhəliləri məsuliyyətdən azad edib.

Hazırda Baş Prokurorluq Xətai Məhkəməsinin bu qərarından protest verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm