Qırmızı.az
Sabahdan hava isinir - Şad xəbər
Azərbaycanda yağıntılı və küləkli hava şəraiti sabahdan
etibarən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar
Bürosundan Publika.az-a verilən məlumata görə,
martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və
səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi
əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5,
gündüz 8-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 18-də hava şəraitinin arabir
yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar yağacağı,
gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı
yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 0-4 dərəcə, gündüz 9-14 dərəcə isti,
dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti
olacaq.
Qeyd edək ki, martın 15-i axşamdan martın 18-dək ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enib.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL