Dünya Bankı: “Bu, Azərbaycan üçün fürsətdir”
Bizi izləyin

Qırmızı.az

Dünya Bankı: “Bu, Azərbaycan üçün fürsətdir”

“Neft qiymətinin aşağı düşməsi Azərbaycan üçün fürsətdir. Dünya Bankı illərdir ölkədə qeyri-neft sektorunun inkişaf etməsi üçün iş aparırdı. Düşünürəm ki, artıq bunun üçün fürsət yaranıb”.

Bu sözləri Dünya Bankının Azərbaycan, Avropa və Mərkəzi Asiya üzrə ölkə meneceri Larisa Luşenko Azərbaycan İnvestisiya Sammitində çıxışı zamanı deyib.

“Qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadiyyatının diversifikasiya etməsi və inkişaf modelini dəyişməsi üçün bir imkandır. Son dövrlərə diqqət etsək görərik ki, ölkədə qeyri-neft sektoru gücləndirilməkdədir. Hesab edirik ki, gəlir əldə etmək üçün istiqamətimizi dəyişməyin vaxtı yetişib. Bu, biznes mühitini formalaşdırmağa, rəqabət mühiti yaratmağa imkan yaratmış olur. Azərbaycanın tərəqqisi nəzərə çarpandır ki, bunun da nəticəsi olaraq artıq yoxsulluq səviyyəsi azalıb. Qeyri-neft sektorunda inkişaf ilk növbədə İKT ilə bağlıdır. İkinci məqam, kənd yerlərində əlaqələrin formalaşması, orada yaşayanlar üçün internetə çıxış, elektron xidmətlər üçün potensialdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm