Əli Məsimlidən baş nazirə MÜRACİƏT: “Dollarla kredit alanların məsələsi açıq qalıb…”
Bizi izləyin

Qırmızı.az

Əli Məsimlidən baş nazirə MÜRACİƏT: “Dollarla kredit alanların məsələsi açıq qalıb…”

“2014-cü ildə dünya iqtisadiyyatındakı böhrana rəğmən, Azərbaycan hökuməti sosial öhdəliklərini yerinə yetirib”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Əli Məsimli parlamentdə çıxışında bildirib. O, cari ildə dolların məzənnəsinin möhkəmlənməkdə davam edəcəyini, neftin qiymətinin artmayacağını deyib. Deputat bildirib ki, hökumət manatın devalvasiyasından sonra yaranan vəziyyətlə bağlı təkliflər paketi hazırlayır. Həmin paketdə ictimai rəy nəzərə alınmaqla bəzi məqamlar əksini tapmalıdır: “Belə ki, bu gün dollarla kredit alanların məsələsi açıq qalır. Hər iki tərəf xalqdır. Ortaq məxrəcə gəlinməlidir. Bundan əlavə, devalvasiyanın müsbət tərəfləri də var. Qarşıdakı səkkiz ayda bundan istifadə edilsə, müsbət nəticələr əldə ediləcək. Əks halda, qiymətlərlə xərclərin artması devalvasiyanın müsbət effektini azaldacaq. İxracı stimullaşdırmaq lazımdır. Eləcə də sahibkarlara aşağı faizlə kreditlər verilməlidir. Bununla bərabər, dövlət tərəfindən də əlavə vəsait ayrılmalıdır. Neft Fondunun vəsaitlərindən 2 milyard dollar sahibkarlara dəstək üçün yönəldilməlidir. Onların ixrac qabiliyyəti artırılmalıdır. Azərbaycan artıq özünə lazım olan ərzağın 85 faizini istehsal edir. Bu artıq böyük göstəricidir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm