Rektor qızını döyən qardaşların vəkili DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Rektor qızını döyən qardaşların vəkili DANIŞDI

“Ülkər İsayeva ilə Zaur Məmmədov arasında yaxın münasibətlər olub. Onlar əvvəldən tanış olublar. Zaurun dediyinə görə, həmin gün onların arasında xırda mübahisə baş verib”.

Bunu azvision.az-a açıqlamasında Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döydükləri iddia edilən Elin və Zaur Məmmədov qardaşlarının vəkili Cavid Alıyev deyib.

Vəkilin sözlərinə görə, Ülkər Zaur Məmmədovdan şikayətçi deyil: “Bu mübahisə kamera görüntülərində qeydə alındığına görə istintaq orqanı məsələni böyüdüb. Onlar bunu ictimai qayda pozuntusu, cəmiyyətə hörmətsizlik göstərmək kimi qələmə vermək istəyirlər. Zərərçəkən kimi qələmə verilən Ülkər İsayeva da həm istintaqda, həm də məhkəmədə Elin və Zaura qarşı heç bir şikayətinin olmadığını bildirib”.

Vəkil rektorun qızını döyən qardaşların atasının avtoritet olması haqda iddialara da aydınlıq gətirib.

“Qardaşların atası Muxtar Məmmədov məmur deyil. O hər hansı bir dövlət vəzifəsi daşımır. O, adi bir işlə məğul olur. Avtoritet deyil. Qardaşlar adi bir şirkətdə işləyirlər. Onlar məmur övladları deyillər”.

C.Alıyev həmçinin qeyd edib ki, hazırda bu məsələ ilə bağlı istintaq davam edir.
“Hazırkı mərhələdə həmin qardaşlara Cinayət məcəlləsinin 221.2.1 maddələri ilə (Bir qrup xuliqanlıq ) ittiham verilib. Biz o ittihamı qəbul etmirik. Hesab edirik ki, toplanmış sübutlar həmin qardaşların bu maddə ilə ittiham edilməsi üçün yetərli deyil. Hazırda onların barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə araşdırmaları davam edir”.

Qeyd edək ki, Ülkər İsayeva martın 9-da Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm