Rektor qızını döyən qardaşlar: "Barəmizdə cinayət işi açılıb, tələsirik"
Bizi izləyin

Qırmızı.az

Rektor qızını döyən qardaşlar: "Barəmizdə cinayət işi açılıb, tələsirik"

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən Zaur və Elin Məmmədov qardaşlarının məhkəməsi bu gün də davam etdirilir.

Teleqraf.com-un əməkdaşının Apellyasiya Məhkəməsindən verdiyi xəbərə görə, məhkəmə başlamaq üzrədir. Məmmədov qardaşları artıq məhkəmə binasına gəliblər. Onlar jurnalistlərə açıqlamasında dedilər ki, narahatlığa görə üzr istəyirik, barəmizdə cinayət işi açılıb, ora tələsirik, çox danışa bilməyəcəyik.

Məhkəmə iclasına hakim Sahibxan Mirzəyev sədrlik edir. Qardaşlar barədə həbs qətimkan tədbiri seçilməsi gözlənilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm