“Qələbə” dairəsi genişləndirilir – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Qələbə” dairəsi genişləndirilir – FOTOLAR

“Qələbə” dairəsi genişləndirilir.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində keçmiş “Qələbə” kinoteatrı qarşısındakı dairədə genişləndirilmə işləri sürətlə davam etdirilir. Sözügedən ərazidə dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır.

Artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanıldığını deyən P. Mürsəliyevin sözlərinə görə, əlavə olaraq, hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək. İşlərin mart ayı ərzində yekunlaşması gözlənilir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm