Qırmızı.az
Novruz şənlikləri ilə əlaqədar bu yollar bağlanacaq
Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz şənlikləri ilə əlaqədar bir sıra küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisi qeyd edib ki, bayram şənlikləri ilə əlaqədar martın
19-da saat 07:00-dan paytaxtın Neftçilər prospekti istiqamətində
kəsişən bütün küçə və prospektlərdə nəqliyyatn hərəkətinə tədbir
tam başa çatanadək məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək:
"Konstitusiya Məhkəməsi və Qoşa Qala qapısının önündən başlanan
tədbir daha sonra İçərişəhər, Neftçilər prospekti, dənizkənarı
bulvar boyu və digər yaxın ərazilərdə keçiriləcək. Bunu nəzərə
alaraq, paytaxtın qeyd edilən hissəsinə doğru Bakı-Salyan yolunun
14-cü km-dən, 20-ci Sahə dairəsindən, “Dalğa Plaza” hotelinin
yanından, eyni zamanda, Mikayıl Müşfiq dairəsindən, yəni Mikayıl
Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən, eləcə də
Teymur Elçin-Mehdi Hüseyn, Yusif Səfərov-28 May, Yusif
Səfərov-Afiyəddin Cəlilov küçələrinin kəsişməsindən və digər
hissələrdən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq
istiqamət dəyişdiriləcək".
V.Əsədov bildirib ki, paytaxt sakinlərindən, sürücü və piyadalardan, Novruz şənliyinə qatılmaq istəyən şəxslərdən xahiş olunur ki, bunu nəzərə alıb həmin istiqamətlərdə yalnız nəqliyyat vasitələrində istifadəyə üstünlük versinlər. Bölgələrdən paytaxta doğru gələnlər isə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü Kənar dairəvi yolla hərəkət edə bilərlər.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”