Qırmızı.az
Sumqayıtda dünyanın ən böyük Novruz xonçası - FOTO
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz doğma Azərbaycanımızın hər yerində olduğu kimi, Sumqayıtda da böyük təntənə ilə qeyd edilir.
Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovun, idarə və müəssisə
rəhbərlərinin, on minlərlə sakininin iştirak etdiyi Bayraq
meydanındakı bayram şənliyində əvvəlcə meydan tamaşası təqdim
olunub. Troya atı və döyüş səhnəsinin nümayişi maraqla
izlənilib.
Daha sonra nəhəng Novruz gəmisi meydana gətirilib və hər kəsin
maraqla gözlədiyi dünyanın ən böyük xonçası sumqayıtlılara təqdim
edilib.
Bayram şənliyində aşıq havaları, xalq oyunları, milli rəqslər,
məktəblilərin ədəbi-bədii kompozisiyaları, milli mətbəx nümunələri,
Keçəllə Kosanın məzəli əhvalatları, yumurta döyüşü, kəndirbazların,
idmançıların çıxışları alqışlarla qarşılanıb.
Dədə Qorqud xeyir-dua verərək, bahar bayramının millətimizə sülh,
əmin-amanlıq, ruzi-bərəkət gətirməsini arzulayıb.
Novruz şənliyi respublikanın tanınmış incəsənət ustalarının konsert
proqramı ilə davam edib.
AZƏRTAC
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK