Bu yolda nəqliyyat vasitələrinin hərəkəti asanlaşdırılır
Bizi izləyin

Qırmızı.az

Bu yolda nəqliyyat vasitələrinin hərəkəti asanlaşdırılır

Bakıda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün daha bir keçid yaradılır.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən yeni tədbirlərdən biri də Yusif Səfərov və Babək prospektindən gələn nəqliyyat vasitələrinin hərəkətinin kəsişməsini aradan qaldırmaq məqsədilə Yusif Səfərov küçəsində dönmə əməliyyatı etmək üçün keçid yaradılır.

Bu isə Babək prospektindən Koroğlu Rəhimov və Xətai prospektlərinə nəqliyyatın normal hərəkətinin təmin olunmasına imkan verəcək. Belə ki, Babək prospektindən tunel vasitəsilə Yusif Səfərov küçəsinə daxil olan nəqliyyat vasitələri dönmə əməliyyatı edərək yenidən Koroğlu Rəhimov küçəsi və Xətai prospekti ilə hərəkət edə biləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm