Qırmızı.az
Tibb Universitetinin müəllimlərinin maaşı yenə də artırıldı
Azərbaycan Tibb Universitetində növbəti əmək haqqı artımı oldu.
Universitetdən Publika.az-a verilən məlumata görə, yeni qərara əsasən, aprel ayının 1-dən etibarən ATU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, fakültə dekanları və dekan müavinlərinin, kafedra müdirlərinin, professor-müəllim heyətinin, o cümlədən digər əməkdaşların aylıq məvacibi artırılıb. Bundan sonra fakültə dekanları 1450, kafedra müdirləri 1300, professorlar 1200, dosentlər 1050, baş müəllimlər 810, assistentlər və müəllimlər isə 750 manat əməkhaqqı alacaqlar.
Ümumilikdə əməkhaqqı artımı universitetin bütün əməkdaşlarına o, cümlədən 1200 nəfər professor-müəllim heyətinə şamil edilib. Belə ki, son əmək haqqı artımından sonra Tibb Universitetində professor-müəllim heyətinin orta aylıq əməkhaqqı 1100 manata çatıb.
Yalnız 2014-cü ildə Böyük Elmi Şuranın qərarı ilə universitet əməkdaşlarının əməkhaqqı iki müxtəlif vaxtda artırılıb.
Həmçinin universitetdə bir qrup əməkdaşın əməkhaqqı peşəkarlıq qabiliyyətlərinə, elmi-pedaqoji fəaliyyətlərinə və bu sahədə əldə etdikləri nailiyyətlərə görə differensiasiya yolu ilə artırılıb.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı