Qırmızı.az
Novruz şənliyinə Türkiyədən böyük nümayəndə heyəti qatılacaq
Hər il Azərbaycanda yüksək coşqu ilə qeyd olunan Novruz bayramı şənliklərinə Türkiyə Cümhuriyyətindən də nümayəndə heyəti qatılacaq.
Türkiyənin Azərbaycandakı səfirliyindən Publika.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən ənənəvi olaraq təşkil olunacaq 2-ci Novruz festivalına başda Türkiyədən olmaqla, Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan da nümayəndələr iştirak edəcək.
İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən Türkiyə üçün ayrılan böyük stenddə Türkiyənin Bakıdakı Səfirliyinin Mədəniyyət Müşavirliyi və Yunis Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzi tərəfindən ənənəvi türk el sənət və mətbəx nümunələri nümayiş olunacaq.
Bundan əlavə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də sənətçi nümayəndələr təmsil olunacaq.
Həmçinin, TRT-nin dəstəyi ilə Türk Xalq Musiqisinin tanınmış simalarından olan Nursaç Doğanışık və Köksal Coşkun konsert proqramı ilə çıxış edəcək.
Konsertdə Türkiyə-Azərbaycan pop musiqisinin təmsilçilərindən olan Nurkan-Lale cütlüyünün ifası və türk xalq rəqslərinin və fotoların nümayişi nəzərdə tutulub.
Vasif Həsənli
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı