AMEA Bakı-Tbilisi-Ceyhan neft kəməri boyu ərazisində geodinamik vəziyyəti öyrəndi
Bizi izləyin

Qırmızı.az

AMEA Bakı-Tbilisi-Ceyhan neft kəməri boyu ərazisində geodinamik vəziyyəti öyrəndi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri Bakı-Tbilisi-Ceyhan neft kəməri boyu ərazilərdə geodinamik vəziyyəti öyrənib və ciddi narahatlıq doğuracaq seysmik təhlükənin olmadığını müəyyən ediblər.

Publika.Az-ın verdiyi xəbərə görə, tədqiqatlar yer qabığının vertikal və horizontal hərəkətləri, həmçinin qruntun dinamik xüsusiyyətlərinin tədqiqi üzərində aparılıb. Bu məqsədlə nivelirləmə və qravimetrik ölçmələrdən istifadə edilmiş, boru boyu yerləşən 4 seysmik stansiyada zəlzələlər qeydə alınıb.

Tədqiqatlar “bp” şirkətinin dəstəyi ilə “BTC boru kəməri boyunca və ətraf ərazilərin geodinamik monitorinqi” adlı layihə çərçivəsində aparılıb. Layihənin rəhbəri institutun Geodinamika və seysmologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirovdur. Onun sözlərinə görə, bəzi süxurlar zəlzələnin riskini və gücünü artırmaq qabiliyyətinə malikdir. Bütün bu tədqiqatlar həmin təhlükələrin qiymətləndirilməsinə köklənmişdir. 2008-ci ildən indiyə qədər görülmüş işlərin nəticəsində demək mümkündür ki, neft kəmərinin keçdiyi ərazilərdə geodinamik aktivlik daim mövcuddur, lakin hazırda boruya zərər yetirə biləcək təhlükə müşahidə olunmur.

F.Qədirov tədqiqatların davam etdirilməsinin zəruri olduğunu və hazırda yeni layihənin təqdim edildiyini bildirir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm