Bakıda yenə yol bağlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda yenə yol bağlandı

Bakıda daha bir yol bağlanır.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gündən etibarən səhər saatlarından paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərinin Böyük Şor dairəsinə gedən istiqamətdəki hissəsi bağlanıb. Səbəb hər iki yolötürücüsündə temperatur tikişlərinin yenilənməsidir.

Hazırda həmin hissədə köməkçi yollar nəqliyyatın hərəkəti üçün açıqdır. İş günləri ilə müqayisədə bayram günləriində nəqliyyat vasitələrinin sayının azlığı nəzərə alınaraq həyata keçirilən işlərlə yanaşı, digər ərazilərdə nəzərdə tutulan işlər davam etdiriləcək. Bunların sırasında Heydər Əliyev Mərkəzinin qarşısından Baş Polis İdarəsinə qədər olan hissədə asfalt-beton örtüyünün üst qatının yenilənməsi də aiddir. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm