Azərbaycanda qeydiyyatdan keçməyən 44 radioelektron vasitə aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda qeydiyyatdan keçməyən 44 radioelektron vasitə aşkarlandı

Azərbaycanda 44 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb.

Publika.az Dövlət Radiotezliklər İdarəsinə (DRİ) istinadən məlumat verir ki, İstismara nəzarət şöbəsi (İNŞ) tərəfindən 2015-ci ilin 2 ayı ərzində iş planına, İdarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 103 təşkilat, müəssisə və şirkətlərdə istsmar olunan radioelektron vasitələrinə texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib. Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 44 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.

Onlardan 5 ədədi möhürlənib və 44 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 5 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm