Ötən gün axtarışda olan 22 nəfər tutulub - DİN
Bizi izləyin

Qırmızı.az

Ötən gün axtarışda olan 22 nəfər tutulub - DİN

Ötən gün daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınıb və onların da 25-i “isti izlər”lə açılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil veriliblər. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə isə 41 nəfər tutulub. Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm