Xırdalanda yaşayış binası yandı
Bizi izləyin

Qırmızı.az

Xırdalanda yaşayış binası yandı

Abşeron rayonunun Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu gün səhər Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm