Qırmızı.az
Yenə yağış olacaq - HAVA PROQNOZU
Sabah Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə ediləcək, martın 23-ü gündüzdən isə hava yenidən yağmursuz olacaq.
Punlika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, martın
22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük
təşkil edəcək, gün ərzində fasilələrlə yağış yağacaq. Mülayim
şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5
dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 22-də gecə və səhər bəzi yerlərdə
duman, çiskin olacaq. Gün ərzində arabir yağış, dağlıq və dağətəyi
rayonlarda sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi gündüz arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturunun gecə 0-5 dərəcə isti,
gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1
dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO