Bakıda universitetdə müəllim dərs zamanı öldü
Bizi izləyin

Qırmızı.az

Bakıda universitetdə müəllim dərs zamanı öldü

Dövlət Pedaqoji Universitetinin 75 yaşlı professorunun vəziyyəti dərs zamanı qəfildən pisləşib

Bakıda universitetdə ölüm hadisəsi baş verib. Müəllimi dərs zamanı dünyasını dəyişib. Hadisə bu gün saat 12:44-da baş verib.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru 75 yaşlı Ağahüseyn Həsənovun dərs zamanı qəfildən vəziyyəti pisləşib. Hadisə yerinə dərhal təcili yardım çağırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq 75 yaşlı müəllimin həyatını xilas etmək mümkün olmayıb.


Səbail rayon Polis İdarəsin 39-cu polis bölməsindən Anspress-ə verilən məlumata görə, məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqaları, prokurorluq əməkdaşları yollanıb. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.


Qeyd edək ki, hadisə Pedaqoji Universitetin Ü.Hacıbəyov küçəsi 34 ünvanında baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm