Qırmızı.az
" Bəzi qüvvələr müharibə əlillərindən istifadə edirlər"- AÇIQLAMA
Azərbaycanda dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə, veteranlara və şəhid ailələrinə göstərilən diqqət və qayğı ilbəil artır və bu istiqamətdə mühüm işlər görülür. Bunu Trend-ə açıqlamasında "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib.
M.Mehdiyev deyib ki, 1996-cı ildə veteranlara statusun və
imtiyazların verildi, o cümlədən 1994-cü ildən etibarən müharibə
əlillərinin xarici ölkələrə müalicəyə göndərilməsi haqqında
ümummilli lider Heydər Əliyev fərman imzaladı, onların müayinə və
müalicəsi, eləcə də istirahəti üçün sanatoriyalar yaradıldı:
"Prezident İlham Əliyev tərəfindən də bu kateqoriyadan olan
insanlara qarşı diqqət və qayğı artıq yeni vüsət alıb. Ölkəmiz
inkişaf etdikcə dövlətimiz bu məsələlərə daha çox diqqət yetirir.
Şəhid ailələrinə və Qarabağ əlillərinə Prezident təqaüdünün təsis
olunması ölkə başçısının bu insalara olan şəxsi münasibətinin
təzahürüdür".
Onun sözlərinə görə, hazırda müharibə əlillərinin mənzil və avtomobil təminatı məsələləri də həllini tapmaqdadır: "İstər müharibə əlilləri, istərsə də şəhid ailələri üçün ən qlobal məsələ mənzil probleminin həllidir. Çətin ki, əksəriyyətinin yalnız təqaüdlə dolandığı əlillərin çoxu bu problemi özləri həll edə bilərlər. Bu yükü dövlət öz üzərinə götürüb və ilbəil daha da müasir layihələrlə binalar inşa edərək bu insanların ixtiyarına verir. Bu insanlara verilən mənzillərin, o cümlədən də avtomobillərin sayı da ilbəil artır. Əvvəlcə onlara reabilitasiya vasitəsi kimi OKA markalı avtomobillər verilirdi, daha sonra imkanlar artdıqca, Naxçıvan Avtomobil zavodunun istehsalı olan "NAZ-Lifan" avtomobilləri verilir".
M.Mehdiyev bildirib ki, bu ilin sonunadək hazırda avtomobil
növbəsində duran Qarabağ müharibəsi əlilllərinin hamısı bu
avtomobillərlə təmin olunacaq: "Mənzil məsələsinə gəlincə, müharibə
əlillərinin böyük əksəriyyəti mənzillə təmin olunub, az bir hissəsi
qalıb ki, onların da mənzillərlə təmin olunması istiqamətində mühüm
işlər görülür. Bununla yanaşı, Protez-Ortepedik Bərpa Mərkəzi
müharibə əlillərinin xidmətinə verilib".
Bununla yanaşı bəzi problem və çatışmazlıqların da olduğunu inkar
etməyən təşkilat rəhbəri onların da həlli üçün mühüm işlər
görüldüyünü deyib: "Məsələn, ilbəil əlillərin təqaüdü artsa da, bu
artım bazardan geri qalır, onunla ayaqlaşmır. Ona görə də əlillərin
dolanışığında müəyyən çətinlik var. Amma bu, heç də səbəb deyil ki,
kimsə bundan istifadə edərək dövləti şantaj etsin, bundan sabotaj
kimi istifadə etsin. Bu məsələ öyrənilir, aidiyyəti təşkilatlar
tərəfindən dövlət qarşısında qaldırılır, dövlət də qaldırılan hər
bir məsələyə diqqətlə yanaşır, onların həlli yollarını axtarır və
bir az gec, bir az tez onların hamısı öz həllini tapırlar".
M.Mehdiyev təəssüflə əlavə edib ki, bəzi maraqlı insanlar
Azərbaycanın bütün sahələrdə inkişaf etdiyi, beynəlxalq nüfuzunun
artdığı dövrdə xırda elementi böyük formada şişirdib, başqa formada
təqdim etmək istəyirlər.
Onun fikrincə, bu, Azərbaycan vətəndaşına yaraşmayan bir şeydir:
"Təbii ki, ictimaiyyətdə müxtəli insanlar olduğu kimi, müharibə
kontingenti insanların da içində müxtəlif düşüncəli, əqidəli
şəxslər var. Müharibə əlilləri də bu xalqın içindən çıxıb.
Bəzilərinin müharibə vaxtı aldığı yaraların, xüsusən də
kontuziyaların nəticəsində psixoloji durumunda dəyişikliklər var,
elə insanlar var ki tez təsir altına düşürlər, elə insanlar da var
ki, özlərini düzgün idarə edə bilmir, məntiqi düşünə bilmirlər.
Onlara verilən neqativ ideyanı asanlıqla tuturlar və idarə
olunurlar. Bundan da məharətlə istifadə etmək istəyənlər var. Bir
çox hallarda bu, insanların intihar cəhdlərində özünü göstərir.
Hiss olunur ki, kimlərsə əvvəlcədən bunlarla söhbətlər aparıb,
onları qıcıqlandırıb, onlara belə istiqamət verib. Hətta bəzi
hallarda deyirlər ki, sən narahat olma, bunu elə, uzağı 3-4 il
yatacaqsan, dövlət səni müalicə də edəcək, sonra sənə qəşəng pul da
verəcək. Yəni bu insanların əqidəsini pulla satın alırlar. Bu, çox
faciəvi şeydir ki, bir insan digərini belə bir şeyə təhrik etsin.
Hesab edirəm ki, bu, heç bir vətəndaşa yaraşmaz, onun adına şərəf
gətirməz. Ona görə də mən bütün döyüşçüləri bu yoldan çəkinməyə, öz
ətrafında olan dost-tanışlarını, yoldaşlarını çəkindirməyə
çağırıram".
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK