Qırmızı.az
Yaralı ermənilərdən xəbər var
Martın 19-da cəbhənin Goranboy rayonu istiqamətindəki təxribat hərəkətləri həyata keçirən zaman Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilən Ermənistan ordusunun əsgərlərindən yeni xəbər var.
Yaralanmış erməni əsgərlərdən 2-sinin vəziyyəti ağırdır.
Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı məlumata
görə, yaralı hərbçilərdən bir neçəsi Xankəndindəki hərbi hospitalda
müalicə alırlar, ağır vəziyyətdə olan bir zabit və bir əsgər isə
İrəvana aparılıb. Bunlar leytenant Sərkis Qabrelyan və əsgər Edqar
Matirosyandır.
Bu arada Dağlıq Qarabağdakı separatçı rejimin başında dayanan Bako
Saakyan isə Xankəndində müalicə olunan yaralı əsgərlərə baş
çəkrərək, onlara ürək-dirək verməyə çalışıb. Bundan başqa, o, ölən
erməni əsgərlərin valideynlərinin sakitləşməsi üçün onları
“medal”la təltif edib.
Ermənistan ordusunun həmin təxribatını sübut edən görüntüdə də
aydın görünmüşdü ki, martın 19-da cəbhədə baş vermiş döyüşdə
müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır
zərbə vuraraq 20-dək erməni hərbi qulluqçusunu məhv edib və
yaralayıblar. Görüntülərdə erməni dəstələrinin cəbhənin bir neçə
istiqamətdə təxribata cəhd etməsi əksini tapıb.
Erməni hərbçilərinin hərəkət trayektoriyası müəyyən edilərək,
düşmənə sarsıdıcı zərbə vurulub. Ermənistan tərəfi isə ölü və
yaralıf saynı gizlətməyə çalışaraq 3 əsgərin öldüyünü, 4-nün
yaralandığını etiraf edib.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!