Qırmızı.az
Gürcüstanda Azərbaycan vətəndaşı öldürüldü, 250 min dollar oğurlandı
Gürcüstanda Azərbaycan vətəndaşı öldürülüb.
Qazax Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə martın 22-də səhər 09.00 radələrində Gürcüstanın Rustavi şəhərinin Yağlıca aşırımında qeydə alınıb.
Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Nəriman Babək oğlu Mustafayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Polisdən onu da bildiriblər ki, N.Mustafayev qonşu rayonlardan yığdığı manat əsginaslarını Gürcüstanda yaşayan azərbaycanlılara satmağa aparıbmış.
N.Mustafayev bu gün Qazaxda dəfn ediləcək.
***
Gürcüstanda öldürülən Azərbaycan vətəndaşının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qətlə yetirilən 35 yaşlı Qazax rayon sakini Nəriman Mustafayev dost-tanışından topladığı manat əsginasları dollarla dəyişmək üçün Gürcüstana gedib.
Martın 22-də N.Mustafayev gürcü dostu ilə birlikdə Azərbaycana gələrkən Gürcüstan Respublikasının Rustavi şəhəri yaxınlığında, Yağlıca aşırımı adlanan ərazidə onların olduğu avtomobil naməlum avtomobil tərəfindən vurulub. Maşını saxladıqdan sonra bir neçə nəfər onlara hücum edib. Bu zaman N.Mustafayevin üzərində təxminən 250 min dollar pul olub. Pulları götürüb qaçan N.Mustafayev naməlum şəxslər tərəfindən tutularaq bıçaqlanıb və hadisə yerində dünyasını dəyişib.
Bildirilir ki, N.Mustafayevin yanında olan gürcü dostu cinayətkarları gördüyündən, təhlükəsizlik məqsədilə Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
APA
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB