ŞOK QƏRAR: “Dərman yoxdursa, güllələyin!”
Bizi izləyin

Qırmızı.az

ŞOK QƏRAR: “Dərman yoxdursa, güllələyin!”

ABŞ-ın Utah ştatının rəhbərliyi ölüm cəzasına məhkum olunanların öldürülməsi üsulu barədə qərar verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ştatın qubernatoru Geri Herbert ştatda ölüm cəzalarının “edam manqası” tərəfindən icra olunmasına icazə verən qanun layihəsini təsdiqləyib.

Qubernator “edam manqası” ilə ölüm cəzasının icrasını “dəhşətli” hesab etsə də, zəhərli iynə ilə edam üçün lazımı dərmanların olmayacağı halda bu üsulun köməkçi olacağını bildirib. Qubernatorun sözçüsü Marti Karpenter də “zəhərli iynə ilə edama davam edəcəyik. “Edam manqası” lazımlı dərmanların olmayacağı halda bizim üçün ehtiyat üsul olacaq” deyib.

Utah ştatında 2004-cü ilə qədər ölüm cəzasına məhkum edilənlər zəhərli iynə ilə “edam manqası” arasında seçim edə bilirdi. Ştatda “edam manqası” tərəfindən edam edilən son məhkum 2010-cu ildə Ronnie Le Gardner olmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm