Ova çıxdılar, ovu səhv saldılar
Bizi izləyin

Qırmızı.az

Ova çıxdılar, ovu səhv saldılar

Hacıqabulda Sabirabad rayon sakini X.Xankişiyev ehtiyatsızlıqdan tüfəngdən atəş açaraq həmyerlisi R.Səmədova xəsarət yetirib.

Publika.az xəbər verir ki, martın 23-də Hacıqabul rayonunun Muğan qəsəbəsində Sabirabad rayon sakinləri Xalis Xankişiyev və Rüstəm Səmədov ov edərkən X.Xankişiyev ehtiyatsızlıqdan tüfəngdən atəş açaraq R.Səmədova baş nahiyəsindən xəsarət yetirib.

Nəticədə R.Səmədov xəstəxanaya yerləşdirilib. Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən X.Xankişiyevdən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm