Lamiyənin həyatından kitab yazılır
Bizi izləyin

Qırmızı.az

Lamiyənin həyatından kitab yazılır

Vüqar Əliyevin və onun nişanlısı Lamiyə Quliyevanın başlarına gətirilən hadisələr barədə tam ətraflı və təfsilatlı şəkildə kitab üzərində işləyirik, çox yaxın zamanda bu kitab Azərbaycan dilində “Qobustan qəbiristanlığının diri sakininin harayı” adı altında işıq üzü görəcəkdir.

Oxu.Az xəbər verir ki, bu sözləri Lamiyə Quliyevanın keçmiş nişanlısı, ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili Adəm Məmmədov “facebook” sosial şəbəkəsində yazıb.

O, Vüqar Əliyevin əfv olunması barədə prezidentə müraciət etdiklərini bildirib:

“Əziz dostlar! Bildiyiniz kimi, “Lamiyə” olayında həqiqətələrin aşkar olunması Lamiyənin azadlığa buraxılmasına gətirib çıxaran nəticələr verdi. Bildiyiniz kimi, mən, Lamiyənin nişanlısı olan, Vüqar Əliyevin hüquqlarını müdafiə edirəm. Müəyyən subyektiv səbəblərdən mart ayındakı əfv sərəncamında Vüqar Əliyevin adı qeyd olunmadı, lakin, bildirmək istərdim ki, Vüqar Əliyevin möhtərəm prezidentimizə müraciətlə təqdim etdiyi əfv ərizəsi Prezident Administrasiyası tərəfindən qəbul edilmişdir və yaxın gələcəkdə icra olunması gözlənilir...

Həmçinin, nəzərinizə çatdırmaq istərdim ki, Vüqar Əliyevin və onun nişanlısı Lamiyə Quliyevanın başlarına gətirilən hadisələr barədə tam ətraflı və təfsilatlı şəkildə kitab üzərində işləyirik, çox yaxın zamanda bu kitab Azərbaycan dilində “Qobustan qəbiristanlığının diri sakininin harayı” adı altında işıq üzü görəcəkdir. Bu kitabda günahsız bir cavanın başına gətirilən hadisələr, verilən işgəncələr, hər an ölümlə üzbəüz qalaraq ölüm-dirim savaşı və digər cinayət aləmində baş verən bir sıra maraqlı hadisələr öz əksini tapmışdır. Ümidvaram ki, bu kitab sizlərdə maraq oyadacaq və bu kitabı oxuyarkən siz də o anları fikrən yaşayaraq həmin hissləri keçirəcəksiniz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm