Azərbaycanlı müğənnini Rusiyaya çağırıb döydülər – FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı müğənnini Rusiyaya çağırıb döydülər – FOTO

Publika.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya Elgiz Əkbərin aparıcılığı ilə yayımlanan “Adam içində” verilişində yer alıb.

Məlumata görə müğənni Rusiyaya toy adıyla çağırılıb. Müğənni Vüqar ilkin olaraq 1000 dollar beh də alıb. Moskva hava limanına enərkən bir qrup tərəfindən saxlanılıb və meşədə döyülərək huşsuz şəkildə təkbaşına buraxılıb. Müğənni bir müddət huşsuz vəziyyətdə yerdə hərəkətsiz qalıb.

Verlişin qonağı olan Tahirə Məmmədqızı isə hazırda Vüqar Muradovun Rusiyada polis şöbələrindən birində olduğunu bildirib. O, Vüqarın Azərbaycanın Rusiyadakı səfiri ilə əlaqə yaratmağa çalışdığını deyib.

Müğənninin döyülmə səbəbi hələlik dəqiq bilinmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm