Ölkədə yemək-içmək və siqaret istehsalı artıb – RƏQƏMLƏR
Bizi izləyin

Qırmızı.az

Ölkədə yemək-içmək və siqaret istehsalı artıb – RƏQƏMLƏR

Qida, içki və tütün məmulatlarının istehsalı sahələrində 428,4 milyard manat həcmində məhsul istehsal edilib.

Publika.az xəbər verir ki, əvvəlki ilin yanvar - fevral ayları ilə müqayisədə qida məhsullarının istehsalında 7,6 faiz azalma, içki istehsalında 1,5 faiz, tütün məmulatlarının istehsalında isə 10,9 faiz artım müşahidə olunub. Göstərilən dövrdə ət (quş əti daxil olmaqla) istehsalı 47,2 min ton, kolbasa məmulatları 347,7 min ton, üzlü süd 144,0 min ton, təmizlənmiş duru bitki yağları 12 087,9 min ton olub.

263,7 milyon ədəd papiros və siqaret istesal edilib. Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahələrində 8,9 milyon manat həcmində məhsul istehsal edili. Əvvəlki ilin yanvar - fevral ayları ilə müqayisədə geyim istehsalında 22,6 faiz, toxuculuq sənayesində 79,7 faiz azalma, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında isə 3,0 dəfə artım müşahidə olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm