Sabah 18 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah 18 dərəcə isti olacaq

Sabah ölkə ərazisində mülayim yaz havasının olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 10-15 dərəcə olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, mülayim-şərq küləyinin əsəcəyi gözlənilir. Axşam saatlarında isə bəzi şimal və şərq rayonlarında yağıntının düşmə ehtimalı var.

Ölkənin Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 18 dərəcəyədək, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm