Ordumuz şəhid verib
Bizi izləyin

Qırmızı.az

Ordumuz şəhid verib

Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Kazımov Etibar Xudavi oğlu martın 26-da cəbhənin Tər-tər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olub.

Bunu Trend-in rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən daxil olan məlumatda deyilir: “Müdafiə Nazirliyi Mətbuat xidməti faktı təsdiq edir. Allah rəhmət eləsin!”

Qeyd edək ki, martın 26-da yerli internet portallarının birində yayılmış məlumatlarda Kazımov Etibar Xudavi oğlunun 2 ay əvvəl ailə həyatı qurduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm