Qırmızı.az
Milyarderimizin oteli satılır
Azərbaycanlı milyarder Telman İsmayılovun oteli satışa çıxarılıb.
2009-cu ildə Antalyada 1,4 milyard dollar xərclənərək tikilən
"Mardan Palace" bələdiyyəyə olan borcları səbəbindən icra yolu ilə
satılacaq.
Artıq otelin icra detalları da açıqlanıb. Otel 3 iyunda tenderə
çıxarılacaq. İlkin qiyməti kimi "Mardan Palace"a 325 milyon TL (130
mln. dollar) qiymət qoyulacaq.
Qeyd edək ki, Antaliyanın Kundu sahilində inşa olunan otelin açılışına Monika Beluççi, Peris Hilton, Meray Keri, Riçard Gir, Şeron Stoun kimi Hollivud ulduzları, həmçinin dünyanın ən məşhur foto model, maniken və müğənniləri də iştirak etmişdi.
Böyük atəşfəşanlıqla açılışı olan otel bütün dünya mətbuatının maraq dairəsinə düşmüşdü. Antaliyanın ən lüks oteli olaraq göstərilən "Mardan Palace" İstanbul Boğazı şəklində inşa edilib. (anspress)
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu