Bakıda idmançı rinqdə öldü
Bizi izləyin

Qırmızı.az

Bakıda idmançı rinqdə öldü

Bakıda döyüş zamanı ölən idmançı ilə bağlı yeni məlumat yayıldı.

Suraxanı rayonu 30-cu polis bölməsindən ANS-ə verilən məlumata görə, dünyasını dəyişən idmançı 27 yaşlı Ramin Zeynalov Quba rayonundan olub.

Polis bölməsi Qubanı təmsil edən idmançının döyüş vaxtı öldüyünü təsdiqləyib.

Belə ki, ölüm faktı Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı baş verib.

Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.

Qeyd edək ki, ölüm hadisəsi bu gün saat 16 radələrində Hövsan Olimpiya Mərkəzində qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm