Qırmızı.az
Dövlət Komitəsi: "Hər bir ailə imkanlarına görə uşaqların sayını müəyyən etməlidir"
Azərbaycanda hər bir ailə öz imkanlarına görə uşaqların sayını müəyyən etməli, ailə planlaması olmalıdır.
Bunu Trend-ə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, dövlət əhalinin rifahının yaxşılaşdırılması
üçün mütəmadi addımlar atır. Bu gün çoxuşaqlı ailələrə dövlət
dəstəyi olaraq sosial müavinət verilir.
S.Qəhramanova bildirib ki, “Sosial müavinətlər haqqında” qanuna 29 oktyabr 2013-cü ildə edilmiş dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan qadınlara müavinət verilir. Bu dəyişiklik 5-dən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda şamil edilir. Bu müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir: “Ölkənin iqtisadi imkanları artdıqca yardımların artırılması da hökumətin diqqətindədir. Lakin fikrimcə, hər bir ailə imkalarına görə uşaqların sayını müəyyən etməlidir, ailə planlaması olmalıdır. İnsan bilməlidir ki, hökumət tərəfindən verilən yardım müvəqqətidir. O, özü ailəsini hər bir mənada təmin etmək üçün çalışmalıdır, çünki ailənin məsuliyyətini daşıyır”.
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası