Təhsil haqqını ödəmək üçün fahişəlik edən tələbələr
Bizi izləyin

Qırmızı.az

Təhsil haqqını ödəmək üçün fahişəlik edən tələbələr

Britaniyalı tələbələrin dördə biri təhsil haqqını ödəmək və ya ümumiyyətlə, yaşamaq üçün seks-industriyada çalışırlar. Tələbələr arasında keçirilən sorğunun nəticəsi belə deyir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, geniş miqyaslı araşdırmada Böyük Britaniyada təhsil alan 6000 tələbə iştirak edib və onların 22 faizi kommersiya seksi ilə məşğul olduqlarını deyiblər. Bunlardan hər iyirmincisi isə sadəcə ali təhsil almırlar, onlar elmi dərəcə üzərində işləyirlər.

Layihənin saytında yerləşdirilən məqalədə deyilir ki, qadınlarla müqayisədə kişilər daha çox seks-industriya sahəsinə cəlb edilirlər. Bu tələbələr yaşayışlarını təmin etmək üçün təkcə fahişəlik etmirlər, eyni zamanda eskort-xidmətlər, erotik rəqslər, telefonla seks kimi xidmət növləri ilə pul qazanırlar.

Alınan məlumatlar onu göstərir ki, kommersiya seksi sahəsində çalışan tələbələrin 39 faizi bu təhsil haqqını ödəmək üçün götürdükləri kreditin məbləğini azaltmaq məqsədilə bu münasib olmayan peşəni seçiblər. 45 faiz tələbə isə krediti bağlamaq məqsədilə bu yola əl atıb.

Tələbələrin çoxu ailələrinin və dostlarının ittihamlarından qorxduqlarından bunu gizli saxladıqlarını bildirib. Araşdırma məqaləsi universitetdə oxumaq üçün pul toplayarkən fahişəliyə başlayan tələbə qızın hekayəsi ilə başlayır. İştirakçıların çoxu iş vaxtı özlərini təhlükəsiz hiss etmədiklərini etiraf ediblər.

Belə ki, fahişələrin bəziləri həddindən artıq cüssəli və əzələli müştəriyə xidmət edərkən döyüləcəklərindən qorxub böyük stress keçirdiklərini qeyd ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm