Bayramda Qəbələyə axın olub - Rəsmi
Bizi izləyin

Qırmızı.az

Bayramda Qəbələyə axın olub - Rəsmi

Novruz bayramı Qəbələyə turist axınına səbəb olub.

Axar.az xəbər verir ki, bayram günlərində istirahət etmək üçün bu rayona gələn yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çoxdur. Bir həftə ərzində rayonda 3 minə yaxın yerli və xarici qonaq istirahət edib.

Rayon mədəniyyət və turizm şöbəsindən AzərTac-a verilən məlumata görə, bayram günlərində Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Latviya, İran, Gürcüstan, Ukraynadan olub.

Qeyd edək ki, hazırda Qəbələdə irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 19-u beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm