Salyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb
Bizi izləyin

Qırmızı.az

Salyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Salyan sakinindən satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə götürülüb.

Salyan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Salyan rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Ərəbqardaşbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Səfərov Qüdrət Əlihüseyn oğlu şübhəli şəxs qismində saxlanılıb.


Onun üzərində axtarış aparılarkən əlində olan sellofan paketin içərisindən 925 qram çəkidə və 8 ədəd kibrit qutusuna qablaşdırılmış ümumi çəkisi 23,48 qaram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, daha 1 ədəd kibrit qutusu və 8 ədəd torbacıqda olan 13,275 qram çəkidə narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Salyan rayon polis şöbəsində CM-nin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm