Jurnalistika ixtisası üzrə magistratura imtahanının vaxtı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Jurnalistika ixtisası üzrə magistratura imtahanının vaxtı açıqlandı

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı prosesi martın 29-da saat 17.00-da başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, jurnalistika ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçmiş bakalavrlar "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni martın 31- də çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qabiliyyət imtahanı aprelin 1-dən 3-dək Bakı şəhər, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) keçiriləcək. Qabiliyyət imtahanı haqqında ətraflı məlumat “Magistr” jurnalının 2015-ci il tarixli 3-cü sayında dərc edilmiş və TQDK-nın internet saytında yerləşdirilib.

Xatırladırıq ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının 22 fevral 2015 ci il tarixində keçirilmiş birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün mart ayının 19-dan 29-dək TQDK-nın internet saytında müvafiq səhifədə (https://eservices.tqdk.gov.az/erizemag/jurnalistikaanket/?frm=egov) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli idilər.


Həmin müddət ərzində 27 bakalavr qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlər arasında bakalavriat səviyyəsində jurnalistika ixtisası üzrə təhsil almış şəxslərlə yanaşı, Azərbaycan dili və ədəbiyyat, alman dili və tarix müəllimliyi, həmçinin kompüter mühəndisliyi, biznesin təşkili və idarə edilməsi, pedaqogika və psixologiya, kitabxanaçılıq və informasiya ixtisasları üzrə təhsil almış bakalavrlar da vardır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm